Medianews.az
Tuğçe Özbudak illər ərzində inanılmaz şəkildə dəyişdi -
35 baxış

Tuğçe Özbudak illər ərzində inanılmaz şəkildə dəyişdi - FOTOLAR

“Adanalı” serialı ilə tanınan Tuğçe Özbudak illər ərzində etdirdiyi estetik prosedurlar və keçirdiyi böyük dəyişikliklə yenidən gündəmə gəlib. Bir müddətdir ekranlardan uzaq olan Özbudakın sosial şəbəkələrdə paylaşdığı son fotolar üzündəki nəzərəçarpan fərqliliyi yenidən müzakirə mövzusuna çevirib.

Medianews.az xəbər verir ki, aktrisa 2008–2010-cu illərdə yayımlanan “Adanalı” serialında canlandırdığı Pınar obrazı ilə geniş tamaşaçı kütləsi tərəfindən tanınmışdı. Aradan keçən illər ərzində etdirdiyi estetik müdaxilələrlə görünüşündə böyük dəyişiklik yaşayan Özbudak bu dəyişimi ilə tez-tez sosial mediada müzakirə olunan şəxslər sırasında yer alıb.

Özbudak əvvəlki illərdə qatıldığı bir proqramda estetik prosedurlara müraciət etdiyini gizlətmədən etiraf etmişdi. Aktrisa bu prosesə necə başladığını “Dolğu etdirdikcə dodaqlarım mənə həmişə kiçik görünürdü” sözləri ilə izah etmişdi.

O, keçirdiyi dəyişiklikdən məmnun olduğunu bildirib:

“Adanalı" serialından bu yana 12 il keçib. Universiteti bitirdim, seriala başladım. Tam gənclik dövrüm idi. Hər şeyim tamamilə təbii idi. Saçlarımda qaynaq yox idi, indi isə bir az var. Təbii bir qız idim”.

43 yaşlı Özbudak “Fotolarda pis görünə bilər, amma bu effektlərə görədir” sözləri ilə də görünüşü ilə bağlı edilən tənqidlərə cavab verib.

Bizə qoşulun