Prezident Məsud Pezeşkianın fərmanı ilə İranın ali rəhbərinin siyasi müşaviri kontr-admiral Əli Şəmxani ölkənin Müdafiə Şurasının katibi təyin edilib.
Medianews.az xəbər verir ki, Şuraya müdafiə hazırlığını gücləndirmək, yeni təhdidlərə qarşı durmaq və müdafiə qərarlarının qəbul edilməsində koordinasiyanı təkmilləşdirmək tapşırılıb.