Müğənni Kərim Abasov məclislərin birindən etdiyi paylaşımı ilə diqqət çəkib.
Medianews.az Axşam.az-a istinadla xəbər verir ki, ifaçı ağbirçək qadınla qucaqlaşdığı görüntüləri sosial şəbəkədə paylaşaraq bunları qeyd edib:
"Anamdan heç vaxt qucaq, sığal görmədim. Ona görə də başqa analardan qayğı, sevgi, qucaq, baş sığalı axtarırdım. Mən də bir cür bədbəxtəm".
Qeyd edək ki, Kərimin anası Səkinə xanım 2020-ci ildə vəfat edib.
