Medianews.az
Aqil Şərifova
79 baxış

Aqil Şərifova hökm oxundu

Vətəndaşa qarşı qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Aqil Şərifovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

Medianews.az Unikal.az-a istinadən xəbər verirki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov ittiham nitqi ilə çıxış edib. 

Prokuror məhkəməyə təqsirləndirilən şəxsin 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. 

Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib. 

Daha sonra hökm oxunub. 

Hökmə əsasən, təqsirləndirilən şəxsə irəli sürülmüş 126.2.4-cü maddəsi 126.1-ci maddəsinə tövsif edilərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. 

Qeyd edək ki, hadisə 2025-ci il ilin noyabrında paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Bizə qoşulun