Medianews.az
"Telegram" daha bir ölkədə
107 baxış

"Telegram" daha bir ölkədə BLOKLANDI

"Telegram" Hindistanda müvəqqəti olaraq bloklanıb.

Medianews.az xəbər verir ki, məhdudiyyət 22 iyun tarixinədək qüvvədə olacaq. Qərar Hindistan hökuməti tərəfindən tibbi sahədə keçirilən imtahanlarda saxtakarlıq hallarının qarşısını almaq məqsədilə qəbul edilib.

Rəsmilər bildiriblər ki, imtahan suallarının əvvəlcədən sızdırılaraq "Telegram" vasitəsilə yayılması səbəbindən platformanın fəaliyyəti dayandırılıb.

Xatırladaq ki, "Telegram" bir çox ölkədə müxtəlif dövrlərdə məhdudiyyətlərlə üzləşib və hazırda da bəzi regionlarda onun istifadəsinə qismən qadağalar mövcuddur.

Medianews.az

Bizə qoşulun