Filippinin cənubundakı Mindanao adasında baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 65-dən 68-ə yüksəlib, 33 nəfər isə hələ də itkin düşüb.
Medianews.az xəbər verirki , bu barədə Filippin Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi Şurasının məlumat yayıb.
Fəlakətin nəticələri təxminən 1,4 milyon insana təsir göstərib, onlardan 18,5 mini təxliyə mərkəzlərinə yerləşdirilib.
8 iyun səhəri Mindanaonun cənub sahillərində zəlzələ baş verib. Yerli hakimiyyət orqanları 68.000 evə ziyan dəydiyini, onlardan təxminən 12.400-ünün tamamilə dağıldığını bildirib. Ən çox ziyan Davao Occidental və Sarangani əyalətlərinə, eləcə də adanın cənubundakı General Santos şəhərinə dəyib./ Unikal.az