Medianews.az
Həkim sağlam yaşlanmanın
102 baxış

Həkim sağlam yaşlanmanın sirrini açıqladı

Neyrobioloq David Koks sağlam və uzunömürlü həyat üçün ən faydalı və əlçatan qida məhsullarından birini açıqlayıb.

Medianews.az xəbər verir ki, mütəxəssis qaragilə və çiyələyi gündəlik qidalanmaya daxil etməyi tövsiyə edib. Onun sözlərinə görə, bu meyvələr orqanizmin yaşlanma prosesini ləngidən və immun sisteminə müsbət təsir göstərən təbii maddələrlə zəngindir.

Koks bildirib ki, bu giləmeyvələrdə olan salsilatlar zədələnmiş hüceyrələrin bədəndən daha effektiv şəkildə təmizlənməsinə kömək edir və “zombi hüceyrələr” adlandırılan hüceyrələrin təsirini azaldır.

Mütəxəssis qeyd edib ki, yaşdan asılı olmayaraq düzgün qidalanma sağlam ömrün uzadılmasında mühüm rol oynayır və gündəlik meyvə istehlakı bu baxımdan sadə, lakin təsirli addımdır.

Medianews.az

Bizə qoşulun