Medianews.az
“Avropa Ermənistanı qorumağa çalışır, Rusiya daha sərt rıçaqlara əl ata bilər” -
176 baxış

“Avropa Ermənistanı qorumağa çalışır, Rusiya daha sərt rıçaqlara əl ata bilər” - Politoloq

“Avropa İttifaqı açıq şəkildə göstərir ki, İrəvanı Moskvanın təzyiqlərindən yalnız siyasi bəyanatlarla deyil, konkret iqtisadi və təhlükəsizlik dəstəyi ilə qorumağa hazırdır”. Politoloq Aydın Tağıyev Medianews.az-a açıqlamasında belə deyib.

O bildirib ki, Ermənistanda geosiyasi kursun yeni mərhələsi başlamaq üzrədir: “Avropa İttifaqının geniş dəstək paketi Ermənistanı Rusiyanın asılılığından - idxal və ticarət asılılığından çıxarmağa yönəlib. Bu, Moskvanın “Rosselxoznadzor” vasitəsilə tətbiq etdiyi məhdudiyyətlərə cavab kimi oxunur.

Burada kiberhücumlara qarşı mübarizə, maliyyə axınlarının nəzarəti və təhlükəsizlik sahəsində əməkdaşlıq Ermənistanı Qərb standartlarına yaxınlaşdırır. Bu, həm də Rusiyanın informasiya və maliyyə təsirini balanslaşdırmaq üçün nəzərdə tutulub. Hesab edirəm ki, Avropa İttifaqının bu qərarı Ermənistanı yalnız iqtisadi baxımdan deyil, həm də siyasi və təhlükəsizlik müstəvisində Rusiyadan uzaqlaşdırmaq üçün kompleks strategiyanın tərkib hissəsidir.

Bu, Cənubi Qafqazda yeni güc balansı formalaşdırır. Ermənistan Avropa ilə daha sıx inteqrasiya kursuna girir, nəticədə Rusiya öz təsir imkanlarını itirməmək üçün daha sərt rıçaqlara əl ata bilər”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun