Medianews.az
Pələng meşə mühafizəçisini
92 baxış

Pələng meşə mühafizəçisini PARÇALADI

Hindistanda pələng hücumu nəticəsində meşə mühafizəçisi həlak olub.

Medianews.az xəbər verir ki, hadisə Kanha təbiət qoruğunda baş verib.

 29 yaşlı Lakxan Sinqx həmkarları ilə birlikdə ərazidə planlı patrul həyata keçirərkən pələngin qəfil hücumuna məruz qalıb. Hücum nəticəsində ağır xəsarət alan mühafizəçi hadisə yerində qan itkisindən həyatını itirib.

Rəsmilər hadisə ilə bağlı araşdırma başladıb, mərhumun ailəsinə ilkin maddi yardım göstərildiyi bildirilib. Sonrakı kompensasiyanın isə mərhələli şəkildə ödəniləcəyi qeyd olunub.

Medianews.az

Bizə qoşulun