Türkiyəli aktyor Oktay Kaynarca yeni televiziya layihəsi ilə ekranlara qayıtmağa hazırlaşır.
61 yaşlı Kaynarca yeni mövsümdə yayımlanacaq "Hamal" serialında baş rolu canlandıracaq.
O, layihədə yalnız aktyor kimi deyil, həm də prodüser qismində yer alacaq.
Yaxın aylarda çəkiliş mərhələsi başlamalıdır.
"Hamal" serialı ATV kanalında tamaşaçılara təqdim olunacaq./yenisabah/