“Yemək vaxtı çəki artımı və ya azalması ilə birbaşa əlaqəlidir”.
Medianews.az xəbər verir ki, bunu ispaniyalı qidalanma və idman tədqiqatçısı Alba Kamaço-Kardenos deyib.
O, arıqlama üçün qeyri-adi bir prinsip açıqlayıb.Kamaço-Kardenos bildirib ki, gündəlik yeməkləri səkkiz saatlıq müddətə məhdudlaşdırmaq, yəni 16 saat oruc heçnə yeməmək arıqlama prosesini sürətləndirir.
Onun araşdırmalarına görə, bu pəhrizdə olan insanlar adi pəhrizlə müqayisədə 1,6–2,8 kiloqram daha çox çəki itirirlər.
Mütəxəssis vueğulayıb ki, faydalar konkret yemək vaxtlarından deyil, ümumilikdə 16 saatlıq fasilə ilə bağlıdır.
Lakin digər mütəxəssislər Kamaço-Kardenosun tədqiqatının əlavə araşdırma tələb etdiyini bildirirlər. Onlar hesab edirlər ki, çəki itkisinin həqiqətən kalori çatışmazlığından yox, yemək vaxtından asılı olub-olmadığı hələ tam sübut edilməyib.
Medianews.az