Sabirabad rayonunda əlilliyi müəyyən olunmuş bir qrup şəxsə və şəhid ailəsinə yeni mənzillər veriləcək.
Medianews.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən məlumat əldə edib.
Məlumata görə, sözügedən kateqoriyaya aid olanlar üçün 18 mənzilin verilməsi nəzərdə tutulub.
Qeyd olunub ki, həmin mənzilllər üç otaqlı olacaq.
Agentlik həmin mənzillərin satın alınmasına 1 milyon 250 min manat vəsait xərləcəyəcək. Artıq həmin mənzillərin satınalınması ilə bağlı müqavilə də bağlanılıb.
Qeyd edək ki, əlilliyi olan şəxslər və şəhid ailələri dövlətin sosial siyasətində prioritet kateqoriyalardan biri kimi xüsusi diqqət mərkəzində saxlanılır. Ölkəmizdə bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil və avtomobillə təmin olunması, reabilitasiya xidmətlərinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. İndiyədək bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində qeyd olunan kateqoriyadan olan şəxslərə yeni mənzillər verilib.