Medianews.az
“Avroviziya 2026”: bir sədd keçildi -
227 baxış

“Avroviziya 2026”: bir sədd keçildi - Siyahı

Avstriyanın paytaxtı Vyananın ev sahibliyi etdiyi “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı arxada qalıb.

Medianews.az bildirir ki, mayın 12-də keçirilən yarımfinalı 10 ölkə dəf edib:

Moldova
İsveç
Xorvatiya
Yunanıstan
Finlandiya
İsrail
Belçika
Litva
Polşa
Serbiya.

Finala daha 10 vəsiqə ikinci yarımfinal (14 may) heyətindən seçiləcək:

Bolqarıstan
Azərbaycan
Rumıniya
Lüksemburq
Çexiya
Ermənistan
İsveçrə
Kipr
Latviya
Danimarka
Avstraliya
Ukrayna
Albaniya
Malta
Norveç.

Almaniya, Avstriya, Böyük Britaniya, Fransa və İtaliya müsabiqəyə finalda (16 may) qoşulacaq.

İctimai teleradiolar qurumu – Avropa Yayım Birliyinin layihəsi olan “Avroviziya” müsabiqəsində 1956-cı ildən başlayaraq İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, İsveçrə, Danimarka, İtaliya, Avstriya, Norveç və Ukrayna 3, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan və Portuqaliya 1 dəfə qalib gəlib.

Medianews.az

Bizə qoşulun