Medianews.az
Azərbaycan Premyer Liqasında XXXI tur
71 baxış

Azərbaycan Premyer Liqasında XXXI tur bu gün başlayır

Misli Premyer Liqasında XXXI tura bu gün start veriləcək.

Medianews.az "Report"a istinadən xəbər verir ki, birinci oyun günündə iki matç keçiriləcək.

Turun açılış matçında "İmişli" "Zirə"ni qəbul edəcək. Qarşılaşma Quba Olimpiya İdman Kompleksində, saat 16:30-da başlayacaq.

Günün ikinci görüşündə çempionluğunu rəsmiləşdirən "Sabah" "Kəpəz"i sınağa çəkəcək. "Bank Respublika Arena"dakı oyuna saat 19:30-da start veriləcək.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında tura mayın 10-da yekun vurulacaq.

Bizə qoşulun