Medianews.az
Kılıçdaroğlu daha
123 baxış

Kılıçdaroğlu daha iki sədri yola saldı

CHP başqanı Kamal Kılıçdaroğlu bəzi yerli təşkilatlarda dətişiklikklər edib.

Medianews.az bu barədə Bakıvaxtı.az-a istinadla xəbər verir.

Məlumata görə, CHP-nin Antalya Vilayət sədri Nail Kamacı və Kayseri Vilayət sədri Ufuk Ozan Gözbaşı vəzifələrindən uzaqlaşdırılıblar. Okan Mərzioğlu yeni CHP Kayseri Vilayət sədri, Həsən Şahin isə Antalya Vilayət sədri təyin edilib.

Qeyd edək ki, bu yaxınlarda daha 5 vilayət sədri vəzifələrindən uzaqlaşdırılıb. İşdən çıxarılanlar bunlardır:

Qaziantep Vilayət sədri Vakkas Acar vəzifəsindən uzaqlaşdırılıb və onun yerinə Həsən Neasır təyin edilib.

Adana İl sədri Anıl Tamburoğlu vəzifəsindən uzaqlaşdırılıb, yerinə Orxan Bayram təyin edilib.

Malatya vilayətinin sədri Barış Yıldız vəzifəsindən azad edilib, yerinə Hakan Satılmış təyin edilib.

Ankara İl sədrinin müavini Yüksel İşıq vəzifəsindən azad edilib, yerinə Fahri Yıldırım təyin edilib.

İzmir İl sədri vəzifəsindən azad edilib, yerinə Utku Gümrükçü təyin edilib.

Bizə qoşulun