İtaliyanın "Latsio" klubu əsas komandanın baş məşqçisi vəzifəsinə Cennaro Qattuzonu gətirib.
Bu barədə Roma təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Mütəxəssislə müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, C.Qattuzo son olaraq İtaliya yığmasını çalışdırıb. Komanda onun rəhbərliyi altında DÇ-2026-ya vəsiqə qazana bilməyib./"Report"