Medianews.az
"Mançester Siti"də kapitan seçimi:
109 baxış

"Mançester Siti"də kapitan seçimi: üç əsas namizəd

"Mançester Siti" klubunda yeni kapitanın kim olacağı yaxın günlərdə müəyyənləşəcək.

Medianews.az xəbər verir ki, baş məşqçi Enzo Mareska Bernardo Silvanın komandadan ayrılmasından sonra kapitan sarğısını daşıyacaq futbolçunu seçmək üzrədir.

Məlumata görə, italiyalı mütəxəssisin siyahısında üç namizəd yer alıb. Bunlar müdafiəçi Ruben Diaş, yarımmüdafiəçi Rodri Ernandes və hücumçu Erlinq Halanddır.

Bildirilir ki, hər üç futbolçu komandanın soyunma otağında əsas liderlərdən hesab olunur. Mareskanın yekun qərarını yaxın günlərdə açıqlayacağı gözlənilir.

Qeyd edək ki, "Mançester Siti" ötən mövsüm İngiltərə Premyer Liqasında 38 oyundan 78 xal toplayaraq ikinci yeri tutub. Mançester təmsilçisi çempion "Arsenal"dan 7 xal geri qalıb./Teleqraf

Bizə qoşulun