Medianews.az
Sabah 4 rayonda
145 baxış

Sabah 4 rayonda qaz olmayacaq

Sabah ölkənin bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.

Medianews.az xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 24-də saat 09:00-dan işlər yekunlaşanadək Yevlax rayonunun Malbinəsi, Qoyunbinəsi, Qaraməmmədli, Qaramanlı, Hacımahmudlu, Nurallar, Dəlləklər, Nəmərli, Köyük, Rüstəmli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Qeyd olunub ki, təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 09:00-dan işlər yekunlaşanadək Neftçala şəhərinin və rayonun Həsənabad, Bankə, Şəbəkə qəsəbələrinin, həmçinin Kürkənd, Mirqurbanlı, Günəşli kəndlərinin qaz təchizatında da müvəqqəti fasilə yaranacaq.

Bundan əlavə, Qaz İxrac İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 08:00-dan işlər yekunlaşanadək Ağcabədi və Beyləqan rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizə qoşulun