Medianews.az
Azərbaycanda minimum maaş
131 baxış

Azərbaycanda minimum maaş bu qədər olacaq

Xəbər verildiyi kimi, mayın 12-də Azərbaycanda hökumət, biznes və zəhmətkeşlər arasında ənənəvi illik saziş imzalanıb.

 

Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası arasında 2026-2028-ci illar üzrə, yəni 3 illik müddətə Baş Kollektiv Saziş imzalanıb.

Medianews.az Fed.az-a istinadən xəbər verir ki, sözügedən saziş ənənəvidir, adı çəkilən qurumlar belə sazişləri hər 3 ildən bir imzalayır və bu daha çox simvolik sənəd olmaqla daha çox tərəflərin niyyətlərini göstərir. Təsadüfi deyil ki, bundan əvvəlki baş sazişlərdə də göstərilən tədbirlərin əksəriyyəti həllini tapmayıb və ya yarımçıq yerinə yetirilib.

 

Sadəcə son illər iqtisadi canlanmanın aktivlənməsi, dövlətin qeyri-neft sektorunu inkişaf etdirməsi və biznesə dəstək üzrə addımları indiki sənədə daha ciddi yanaşılacağı ilə bağlı ümidlər yaradır.

 

Biznes və maliyyə xəbərləri portalı bunu nəzərə alaraq sənəddəki bəzi maraqlı məqamları oxucular, xüsusilə də kiçik və orta biznes nümaynədələri üçün ayraca izah edilir.

 

Hələliksə, Baş Kollektiv Sazişdə qeyd edilən tədbirlərdən biri barədə daha geniş məlumatı təqdim edirik. Sənəddə əmək haqqının artımı, daha dəqiqi əmək haqqının hesablanması ilə bağlı yeni mexanizmlərin yaradılması nəzərdə tutulur. Belə ki, «Əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsi» adlanan hisəsində göstərilir ki, tərəflər minimum saatlıq əmək haqqı tətbiq edilməsinə nail olmaq niyyətindədirlər. Eləcə də, eləcə də minimum əmək haqqı məbləğinin mərhələlərlə artırılması istiqamətində işləri davam etdirmək və minimum əmək haqqının ölkə üzrə orta əmək haqqına nisbətinin Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılması istiqamətində səylər göstərmək nəzərdə tutulur.

 

Başqa sözlə, sənədə əsasən minimum əmək haqqının Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılması üçün səylər göstəriləcək.

 

Bəs Avropa Sosiao Xartiyasında minimum əmək haqqı ilə bağlı hansı tələb var? Avropa Sosial Xartiyası işçilərin ədalətli əməkhaqqı hüququnu təmin etmək üçün konkret iqtisadi meyarlar müəyyən edir. Bu sənəd Avropa Şurası tərəfindən qəbul edilib və dövlətlərin üzərinə sosial öhdəliklər qoyur. Xartiyanın "Ədalətli mükafatlandırma hüququ" hissəsində göstərilir ki, əsas tələb 60% qaydasıdır. Yəni tələbə əsasən ölkədə minimum əsək haqqı orta aylıq əmək haqqının 60%-nə çatdırılmalıdır. Başqa sözlə, hər il orta əmək haqqıartdıqca, minimum əmək haqqı da artmalı və bu paritet qorunmalıdır. Özü də burada söhbət netto məbləğdən, yəni əmək haqqının xalis məbləğindən gedir.

 

Doğrudur, Xartiyaya əsasən, bəzi hallarda, yəni sosial müavinətlərin güclü olduğu, verginin isə aşağı olduğu ölkələrdə bu nisbət 50% ola bilər, amma bundan az olmamalıdır.

 

Bu qaydanın tətbiqi Azərbaycan üçün nə deməkdir?

 

Məlum olduğu kimi, hazırda Azərbaycanda minimum əsək haqqı 400 manat, orta aylıq əmək haqqı isə 1151 manat (aprel 2026-ya olan vəziyyət) təşkil edir. Əgər orta aylıq əmək haqqının bu səviyyəsinə Avropa Sosial Xartiyası tətbiq edilsə, ölkədə minimum əmək haqqı 1151 manatın 60%-i həcmində, yəni 691 manat olmalıdır. Bu indiki səviyyədən 291 manat və ya 73% artıqdır.

 

Dövlət qurumlarının və sahəvi rəsmi şəxslərin tez-tez səsləndirdiyi rəqəmə istinad etsək, hazırda ölkədə minimum əmsək haqqının artımı birbaşa olaraq 700 min nəfərə şamil edilə bilər. Bundan başqa, xüsusilə bölgələrdə işləyənlərin böyük hissəsi minimum əmək haqqına yaxın məbləğdə maaş alır.

 

Bizə qoşulun