Medianews.az
Azərbaycanda uşağa qulluğa görə müavinət bu cür təyin olunacaq
100 baxış

Azərbaycanda uşağa qulluğa görə müavinət bu cür təyin olunacaq

Mayın 1-dən üç yaşınadək uşağa qulluğa görə müavinət avtomatlaşdırılmış qaydada təyin olunacaq.

Medianews.az Trend-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı müvafiq qərar 2026-cı il mayın 1-dən etibarən qüvvəyə minəcək.

Belə ki, dığortaolunanın qismən ödənişli sosial məzuniyyət əmri sığortaedən tərəfindən "Əmək və məşğulluq" altsistemində yaradıldıqda sığortaolunana üç yaşınadək uşağa qulluğa görə müavinət qanunvericiliklə müəyyən olunmuş məbləğdə avtomatlaşdırılmış qaydada təyin ediləcək.

Məlumat üçün bildirək ki, həmin məzuniyyət dövründə uşağa qulluq edən şəxsə bir yaş yarımadək uşağa qulluğa görə - 44 manat, uşağın bir yaş yarımdan üç yaşınadək ona qulluğa görə isə 28 manat müavinət ödənilir.

Əlilliyi olan üç yaşınadək uşağa qulluğa görə müavinət qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş müavinət məbləğinin ikiqatı miqdarında verilir.

Uşaq üç yaşına çatanadək öldüyü halda müavinətin verilməsi uşağın öldüyü gündən, habelə sığortaolunanın öz xahişi ilə qismən ödənişli sosial məzuniyyət dövründə əmək müqaviləsinə xitam verildiyi və ya məzuniyyətdən öz arzusu ilə işə qayıtdığı tarixdən müavinətin verilməsi dayandırılır.

Bizə qoşulun