Medianews.az
Azərbaycanda yeni avtobus kartları istifadəyə verilir – Ekspertdən mühüm
111 baxış

Azərbaycanda yeni avtobus kartları istifadəyə verilir – Ekspertdən mühüm AÇIQLAMA

Yeni avtobus kartlarının istifadəyə verilməsi və ödənişin məsafəyə görə hesablanması planlaşdırılır.

Medianews.az xəbər verir ki, ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində yaxın illərdə bir sıra mühüm dəyişikliklərin həyata keçirilməsi nəzərdə tutulur.

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı  Oxu24.com-a açıqlamasında bildirib ki, bu məsələ geniş müzakirə tələb edir və burada bir çox məqamlar var ki, onlara diqqətlə yanaşmaq lazımdır:

“Əvvəlcə, yeni kart sistemi ortaya çıxmalıdır. Yəni, yeni kartlar dövriyyəyə buraxılmalıdır və yaxud da mövcud kartlar bu yeniliyə - yeni alınacaq cihazlara inteqrasiya olunmalıdır. Burada validatorlar vətəndaş, yəni sərnişin avtobusa minən kimi və yaxud da metroya mindikdə kartı oxutdurur və ən baha gediş məsafəsi neçəyədirsə, o məbləği kartdan çıxır. Amma vətəndaş tutaq ki, iki dayanacaqdan sonra düşürsə, yenidən yenə kartı validatora oxutdurur və onun iki dayanacaq xərci nə qədərdirsə, o qədərini çıxıb qalan pulunu əvvəlki balansına geri qaytarır. 

Yəni bu mexanizm bu formada qurulur. Bunun üçün hələlik Azərbaycanda avtobuslarda bu sistem çətin qurulacaq. Çünki, hələ avtobusların təxminən 30%-i heç nağdsız ödənişlərə keçməyib. Yenə nağd pulla işləyirlər, kart sistemi orda işləmir.

O, sistem işə salınmalıdır, avtobuslar yenilənməlidir. Elə bir sistem qurulmalıdır ki, vətəndaş həm avtobusun ön qapısından, həm arxa qapısından həm minə bilsin, həm düşə bilsin. Və belə çıxır ki, onda arxa qapılarda da mütləq validator olmalıdır ki, vətəndaşlar da bir-birini, belə deyək də, sıxıb əzməsinlər, münaqişə yaranmasın. Hardan minibsə, ordan da düşəndə yenidən kartı validatora oxudur, pulun qalıq hissəsini geriyə alır.

Bu avtobuslara aiddir. Metroda bu o qədər də çətin olmaz, sadəcə metro çıxışları adətən sıx olur və təsəvvür edin ki, ora bir cihaz qoyub vətəndaşları gözlətsən ki, hamı dayanıb bir-bir növbə ilə bu kartı cihaza vursun, kartın ona reaksiya saniyəsi çevik olmalıdır ki, tez oxusun, tez əməliyyatı həyata keçirsin. Bax, bunlar hamısı texniki məsələlərdir. İndi bunları necə qurmaq lazım olduğunu bu yaxın vaxtlarda gözləmirəm”.

Bizə qoşulun