Medianews.az
Azərbaycanın daha bir cüdoçusu
89 baxış

Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazandı

Daşkənddə təşkil olunan cüdo üzrə "Böyük Dəbilqə" turniri Azərbaycan millisi üçün uğurla davam edir.

Medianews.az  xəbər verir ki, 81 kq çəki dərəcəsində tatamiyə çıxan Ömər Rəcəbli karyerasında ilk dəfə "Böyük Dəbilqə" turnirinin qalibi olub. O, finala qədər Rumıniya, Tacikistan, Yaponiya və Özbəkistan idmançılarını məğlub edərək həlledici mərhələyə yüksəlib. Final görüşündə isə Rusiya təmsilçisi Abdul-Kerim Tasuyevə tam üstünlüklə qalib gəlib.

22 yaşlı cüdoçu turnir ərzində keçirdiyi beş görüşün dördündə rəqiblərinə ne-vazada osaekomi (saxlama) fəndi ilə qalib gəlib. Bu nəticə onun Dünya turunda qazandığı ilk qızıl medal kimi yadda qalıb.

Xatırladaq ki, yarışın ilk günündə millimizin digər üzvləri - 60 kq çəki dərəcəsində çıxış edən Əhməd Yusifov qızıl, Balabəy Ağayev isə gümüş medal əldə edib.

Beləliklə, Azərbaycan yığması turnirdə 2 qızıl və 1 gümüş medal qazanaraq ümumi medal cədvəlində 39 ölkə arasında ikinci pillədə qərarlaşıb.

Bizə qoşulun