Medianews.az
Türkiyəli aparıcı Dubayda yaşadığı qorxu dolu anları paylaşdı -
77 baxış

Türkiyəli aparıcı Dubayda yaşadığı qorxu dolu anları paylaşdı - VİDEO

Xəbər verdiyimiz kimi, İranın atdığı raket Dubayda (BƏƏ) süni Palma adalarına düşüb.

Medianews.az-ın məlumatına görə, türkiyəli maqazin aparıcısı və moda dizayneri Pınar Kerimoğlu Dubayda yaşadığı evdən çəkiliş edərək raketin düşdüyü anları lentə alıb.

O, uçuşların ləğv olunması səbəbindən ölkədən çıxa bilmədiklərini vurğulayıb.

Qeyd edək ki, Pınar aparıcı və moda dizayneri kimi çalışır. O, ailəlidir və iki övladı var.

Bizə qoşulun