Medianews.az
İran müharibəsi: Təyyarələr Azərbaycan səmasına yönəldi -
103 baxış

İran müharibəsi: Təyyarələr Azərbaycan səmasına yönəldi - FOTO


ABŞ və İsrailin İrana gözlənilən hücumlarının başlaması fonunda bir sıra ölkələr hava məkanını bağlayıb və bu, beynəlxalq aviaşirkətləri təcili alternativ marşrutlar axtarmağa məcbur edib.

Medianews.az Report-a istinadən xəbər verir ki, bu böhran fonunda Azərbaycanın hava məkanı dünya aviasiyası üçün ən təhlükəsiz və əsas tranzit qovşağına çevrilib.
"Flightradar24" ixtisaslaşmış aviasiya resursunun məlumatları izlənildiyi zaman sözügedən alternativ marşrut kimi Azərbaycanın ön plana çıxdığı müşahidə olunur.
Belə ki, hazırda beynəlxalq uçuşların böyük əksəriyyəti Azərbaycan hava məkanından keçməklə yerinə yetirilir. Bu, Azərbaycanın Şərq-Qərb hava dəhlizinin yeganə etibarlı "qapı"sı kimi önə çıxarmaqla yanaşı, Bakının sadəcə regional deyil, qlobal miqyasda strateji əhəmiyyətli logistik mərkəz statusunu bir daha təsdiqləyir.

Bizə qoşulun