Medianews.az
Azərbaycanın ilk rübdə xarici ticarəti –
443 baxış

Azərbaycanın ilk rübdə xarici ticarəti – Rəsmi

Azərbaycan 2026-cı ilin ilk rübündə 157 ölkə ilə ticarət əməliyyatı aparıb, ixrac 5,4 milyard dolları, idxal 4 milyard dolları ötüb. Hesabatı yayan Dövlət Gömrük Komitəsi ticarət tərəfdaşlarının ilk onluğunda İtaliya, Türkiyə, Çin, Rusiya, ABŞ, Almaniya, Gürcüstan, Çexiya, Rumıniya və Bolqarıstanı göstərir.

Medianews.az bildirir ki, statistikaya əsasən, ixracın 7,21 faizi MDB ölkələrinə, 65,53 faizi Avropa İttifaqı ölkələrinə, 27,26 faizi başqa ölkələrə yönəlib, idxalda MDB-nin payı 20,36 faiz, Avropa İttifaqının payı 14,09 faiz, başqa ölkələrin payı 65,55 faiz olub.

Qonşu ölkələr üzrə ticarət dövriyyəsi belə rəsmiləşib:

Ermənistan - 5,7 milyon dollar ixrac, 0,96 min dollar idxal;

Gürcüstan - 235 milyon dollar ixrac, 29,6 milyon dollar idxal;

Rusiya - 223,7 milyon dollar ixrac, 523 milyon dollar idxal;

İran - 2,8 milyon dollar ixrac, 166,6 milyon dollar idxal;

Türkiyə - 785,9 milyon dollar ixrac, 522,9 milyon dollar idxal;

Qazaxıstan - 32 milyon dollar ixrac, 57,9 milyon dollar idxal;

Türkmənistan - 10,3 milyon dollar ixrac, 10,6 milyon dollar idxal.

İxracın 4,5 milyard dolları neft-qaz sektorunun payına düşüb.

İdxalda ilk sıranı maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri tutub: 970,5 milyon dollar.

Medianews.az

Bizə qoşulun