Medianews.az
Sabiq nazir: “Məhz buna görə biz Netanyahu hökumətini qərarı dəyişməyə çağırırıq”
202 baxış

Sabiq nazir: “Məhz buna görə biz Netanyahu hökumətini qərarı dəyişməyə çağırırıq”

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov rəsmi Bakının İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qərarına reaksiyasını şərh edib.

Ötən ayın sonları İsrail hökuməti xarici işlər naziri Gideon Saarın qondarma “erməni soyqırımı”nın tanınması üçün hazırladığı layihəni yekdilliklə qəbul edib. Layihə İsrail parlamentində - Knessetdə də təsdiqlənəcəyi halda “erməni soyqırımı” məsələsi İsrailin rəsmi dövlət siyasətinin bir hissəsinə çevrilə bilər.

İyunun 29-da Azərbaycanın Xarici İşlər Nazirliyi İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərarın ciddi narahatlıq doğurduğunu açıqlayıb və hökuməti qərarı yenidən nəzərdən keçirməyə çağırıb.

Medianews.az-ın məlumatına görə, Tofiq Zülfüqarov feysbuk şəbəkəsində məsələ barədə belə yazıb: “Ermənistanın və İsrailin bir çox şərhçisi iddia edir ki, bu və ya digər ölkənin 1915-ci ilin qondarma “erməni soyqırımı” ilə bağlı yürütdüyü siyasətin Azərbaycana aidiyyəti yoxdur.

Osmanlı İmperiyasının müxtəlif millətlərdən olan təbəələrinin qurban getdiyi, erməni siyasətçilərin soyqırımı kimi səciyyələndirdiyi 1915-ci ilin faciəvi hadisələri mövzusu Azərbaycana qarşı erməni ilhaqçılığının əsas ideoloji komponentlərindən biridir. Ermənistan Respublikasının Azərbaycana qarşı silahlı təcavüzə keçdiyi və işğal etdiyi ərazilərdə total etnik təmizləmə apardığı dövrdə isə həmin mövzu Ermənistanda dövlət siyasətinin söykəndiyi faşist ideologiyasının (Njdenin seğakronizm ideologiyası) ən əsas komponenti olub.

Ona görə də bu hadisələrin bizə birbaşa aidiyyəti var və məhz buna görə biz Netanyahu hökumətini qərarı dəyişməyə çağırırıq”.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun