Medianews.az
Messiyə çatmağa cəmi
105 baxış

Messiyə çatmağa cəmi 3 addım qaldı

Fransa millisinin və "Bavariya"nın futbolçusu Maykl Olise, Argentina millisinin ulduzu Lionel Messiyə məxsus olan və uzun illərdir qırılmayan tarixi asist rekordunu təkrarlamağa çox yaxındır.

Medianews.az xəbər verir ki, 24 yaşlı futbolçu DÇ-2026-nın 1/16 finalında İsveçə qarşı keçirilən oyunda (3:0) daha iki məhsuldar ötürmə ilə yadda qalıb. Bununla da Olise 2025/26 mövsümündə klub və milli komandada etdiyi asistlərin ümumi sayını 31-ə çatdırıb.

Fransalı ulduz daha 3 qolun ötürməsini verərsə, Avropanın top-5 çempionatları tarixində bir mövsümdə ən çox asist edən futbolçu – Lionel Messinin rekordunu (2011/12 mövsümündə 34 asist) təkrarlayacaq.

Maykl Olise bu tarixi rekordu yeniləmək üçün növbəti şansını DÇ-2026-nın 1/8 finalında Paraqvaya qarşı keçiriləcək oyunda qazanacaq.

Medianews.az

Bizə qoşulun