Medianews.az
Badamın inanılmaz
66 baxış

Badamın inanılmaz faydası

“Müntəzəm olaraq qoz-fındıq yemək demensiya və insult riskini azaldır”.

Medianews.az xəbər verir ki, bunu diyetoloq Sara Berrin deyib.  

Mütəxəssisin sözlərinə görə, xüsusilə beyində damar zədələnməsi demensiya, insult, çoxsaylı skleroz və epilepsiyanın müəyyən formalarının riskini artırır. Lakin badam kimi qoz-fındığın müntəzəm istehlakı bu riski azaldır.

"Badam ürək üçün faydalı yağlar, lif və qan damarlarının funksiyasını və balanslaşdırılmış bağırsaq mikrobiomunu dəstəkləyən bioaktiv birləşmələrlə zəngindir. Bu amillər idrak sağlamlığı və demensiya riski ilə əlaqələndirilir", - deyə mütəxəssis bildirib.

Berri əlavə edib ki, badamda iltihab əleyhinə xüsusiyyətlərə malik polifenollar və arginin amin turşusu var.

Medianews.az

Bizə qoşulun