Medianews.az
Bakı metrosunda
70 baxış

Bakı metrosunda o rəsm narazılıq yaratdı

Bakı Metropoliteninin Memar Əcəmi stansiyasında divardan asılan rəsm tablosu sosial mediada müzakirələrə səbəb olub.

Medianews.az  xəbər verir ki, bəzi istifadəçilər əsərin ictimai məkan üçün uyğun olmadığını iddia edərək narazılıqlarını ifadə ediblər.

Jurnalist Nizami Rəsulov mövzu ilə bağlı paylaşımında qeyd edib ki, ictimai məkanlarda sərgilənən vizual materiallar milli-mənəvi dəyərlərə uyğun olmalıdır. Onun sözlərinə görə, metro kimi hər gün minlərlə insanın istifadə etdiyi yerlərdə milli tarixə, qəhrəmanlara və görkəmli şəxsiyyətlərə həsr olunmuş təsvirlərin yerləşdirilməsi daha məqsədəuyğundur.

Rəsulov hesab edir ki, ictimai məkanların estetikası cəmiyyətin yaddaşını və dəyərlərini əks etdirməli, gənc nəslə vətənpərvərlik ruhu aşılamalıdır. Onun fikrincə, belə məkanlarda təqdim olunan görüntülər cəmiyyətin düşüncə və mənəvi mühitinə birbaşa təsir göstərir. O, bununla bağlı paylaşımında :"Bakı metrosunda əxlaq böhranı yaşanır" deyə yazıb.

WhatsApp Image 2026-03-15 at 21.29.10.jpeg (34 KB)

Şahanə Rəhimli

Bizə qoşulun