Türkiyənin "Beşiktaş" klubu heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Açıqlamaya əsasən, "Beşiktaş" Belçikanın "Genk" klubunda forma geyinən Cənubi Koreya millisinin üzvü O Hön Qü ilə bağlı danışıqlara başlayıb. Tərəflər arasında təmasların davam etdiyi bildirilir.

Qeyd edək ki, O Hön Qü 2024-cü ildən etibarən "Genk" klubunun şərəfini qoruyur və çıxışı ilə diqqət çəkir.