Medianews.az
Xaçmazda qatar avtomobili vurdu -
53 baxış

Xaçmazda qatar avtomobili vurdu - Sürücü öldü

Xaçmazda qatar avtomobili vurub, sürücü ölüb.

Medianews.az Report-a istinadən məlumatına görə, rayonun Nərəcan kəndində dəmir yolu keçidini keçmək istəyən "VAZ-21011"markalı avtomobili hərəkətdə olan qatar vurub.

Avtomobilin sürücüsü Xaçmaz rayon Ağtala kənd sakini, 2004-cü il təvəllüdlü Çələbiyev Səid İlham oğlu qəza zamanı ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

Faktla bağlı xətt polisi tərəfindən araşdırma aparılır.

Bizə qoşulun