Medianews.az
Epşteyn adasında uşaqlardan alınan maddələrdən
101 baxış

Epşteyn adasında uşaqlardan alınan maddələrdən nə üçün istifadə edirmişlər?

Dünyanı sarsıdan Cefri Epşteyn skandalı ilə bağlı sensasion iddialar gündəmi zəbt etməyə davam edir.

Musavat.com xəbər verir ki, bu dəfə məşhur türkiyəli alim, professor Oytun Erbaş Buket Aydınla keçirilən müsahibəsində elmi çərçivələri aşan şok açıqlamalarla çıxış edib.

O, dünya elitasının "əbədi gənclik" və "ölümsüzlük" axtarışında Epşteyn adasında saxlanılan uşaqlardan alınan xüsusi maddələrdən istifadə edildiyini iddia edib.

Professorun sözlərinə görə, bu prosesin mərkəzində "adrenokrom" adlı maddə dayanır. İddiaya görə, qorxu və gərginlik anında uşaqların beynində yüksək miqdarda ifraz olunan bu maddə, qocalmanı gecikdirmək və ömrü uzatmaq məqsədilə xüsusi metodlarla toplanır. Oytun Erbaş insan beyninin sərhədlərindən bəhs edərkən, bu qaranlıq laboratoriya sınaqlarının tibbi deyil, etikadan kənar bir "modern kimya" olduğunu vurğulayıb.

Bu açıqlamalar Epşteyn işinin sadəcə bir cinayət şəbəkəsi deyil, həm də qlobal bir "transhumanizm" sınağı olduğu ehtimallarını yenidən alovlandırıb. İnsan beyninin sirləri və bu qorxunc iddiaların elmi tərəfləri ilə bağlı müzakirələr ictimaiyyətdə geniş rezonans doğurub.

Bizə qoşulun