Medianews.az
İş müsahibəsinə getdi,
66 baxış

İş müsahibəsinə getdi, aldığı təklif qəzəbləndirdi

Türkiyədə psixoloq kimi işə düzəlmək üçün müsahibəyə gedən bir qadının hekayəsi gündəm olub.

Medianews.az xəbər verir ki, qadın klinikada ona gələn təklifdən qəzəblənib və baş verənləri sosial mediada insanlarla bölüşüb.

Vətəndaşın sözlərinə görə, müsahibə zamanı klinikanın katibə axtardığı və bu vəzifəyə təmizlik işlərinin də daxil olduğu bildirilib. Nahar fasiləsi olmadan iş saatları səhər saat 8:30-dan axşam saat 8:30-dək nəzərdə tutulub.. Təklif olunan əmək haqqı sığorta ilə yanaşı minimum əmək haqqı olub.

Hadisə sosial mediada da geniş diqqət çəkib.

Medianews.az

 

Bizə qoşulun