Medianews.az
Biləsuvarda orta məktəb bağlanır? -
64 baxış

Biləsuvarda orta məktəb bağlanır? - RƏSMİ AÇIQLAMA

Biləsuvar rayonunun Günəşli kəndinin sakinləri kənd məktəbinin bağlanacağı ilə bağlı yayılan xəbərlərə görə narahatdır.

Medianews.az xəbər verir ki, sakinlər Bizim.Media-ya 1959-cu ildə yaradılan və hazırda Fazil Hökməliyev adına Günəşli kənd ümumi orta məktəbi kimi fəaliyyət göstərən təhsil ocağının qonşu Ağayrı kəndindəki məktəblə birləşdiriləcəyi barədə məlumat yayıldığını bildiriblər.
Kəndlilər deyirlər ki, məktəbdə 210 şagird təhsil alır və o, I Qarabağ müharibəsi şəhidi Fazil Hökməliyevin adını daşıdığı üçün kənd üçün xüsusi mənəvi əhəmiyyətə malikdir. Onların sözlərinə görə, məktəbin bağlanması uşaqların, xüsusilə qızların təhsildən yayınmasına səbəb ola bilər.
Məsələ ilə bağlı Salyan-Şirvan Regional Təhsil İdarəsindən isə bildirilib ki, məktəbin bağlanacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bizə qoşulun