Medianews.az
Bu ölkədə qarın qalınlığı 4 metrə çatdı -
212 baxış

Bu ölkədə qarın qalınlığı 4 metrə çatdı - FOTOLAR

Türkiyənin Van vilayətinin Başkale rayonunda İran sərhədi yaxınlığında yerləşən hərbi mövqelərə gedən yolların qardan təmizlənməsi üçün intensiv iş aparılır.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, rayonda yağan güclü qar və çovğun səbəbindən yüksək dağlıq ərazilərdə yerləşən hərbi bazalara aparan yollar bağlanıb.

Bələdiyyənin qarla mübarizə qrupları həmin yolların yenidən açılması üçün işə başlayıb.

İran sərhəd xəttində yerləşən Sualtı məhəlləsi istiqamətində aparılan işlər zamanı bəzi ərazilərdə qarın qalınlığının 4 metrə çatdığı bildirilir. Ağır texnika bəzi hissələrdə qarı yararaq tunellər açaraq çətinliklə irəliləyir.

Rəsmi şəxslər bağlanan yolların qısa müddətdə yenidən nəqliyyatın istifadəsinə veriləcəyini bildiriblər.

Medianews.az

Bizə qoşulun