Medianews.az
Çarlzdan Trampa tarixi cavab:
141 baxış

Çarlzdan Trampa tarixi cavab: “Biz olmasaydıq, siz fransızca danışardınız” - VİDEO

Böyük Britaniya Kralı III Çarlz ilə ABŞ prezidenti Donald Tramp arasında Ağ evdə keçirilən rəsmi şam yeməyində diqqətçəkən dialoq yaşanıb.

Medianews.az xəbər verir ki, Trampın daha əvvəl Avropaya yönəlik səsləndirdiyi “ABŞ olmasaydı, siz almanca danışardınız” fikrinə cavab verən kral, zarafatla “Əgər biz olmasaydıq, siz fransızca danışardınız” deyib.

Tarixi məzmun daşıyan bu replikalar zaldakı qonaqların gülüşünə səbəb olub.

Çarlz çıxışında 1814-cü ildə britaniyalıların Ağ evi yandırmasına da eyham vuraraq, bunu “daşınmaz əmlakın inkişafı üzrə təşəbbüs” kimi təqdim edib. O, həmçinin Boston Çay Partisinə toxunaraq, bugünkü münasibətlərin keçmişlə müqayisədə daha müsbət olduğunu bildirib.

Donald Tramp isə çıxışında daxili siyasətə zarafatla toxunub. O, kralın Konqresdəki çıxışını xatırladaraq “Demokratları ayağa qaldıra bildi, mən buna nail ola bilmədim” deyə bildirib.

Görüş zamanı kral Trampa 1944-cü ildə suya buraxılmış HMS “Trump” sualtı qayığına aid zəngi hədiyyə edib və bunu iki ölkə arasında ortaq tarix və gələcəyin rəmzi adlandırıb.

Səmimi atmosferdə keçən görüş, qlobal gərginliklər fonunda ABŞ ilə Böyük Britaniya arasında münasibətlərin davam etdiyini göstərib.

Medianews.az

 

Bizə qoşulun