Medianews.az
Dağıstanda dəhşətli fəlakət:
132 baxış
Yüklə

Dağıstanda dəhşətli fəlakət: 6 mindən çox insan...

Dağıstanda baş verən güclü sel və daşqınlar nəticəsində 6 200-dən çox insan zərərçəkmiş şəxs qismində tanınıb.

Bu barədə respublika rəhbəri Sergey Məlikov "NTV" telekanalının efirində məlumat verib.

Onun sözlərinə görə, regionda ötən həftəsonu müşahidə olunan yağıntının miqdarı tarixi maksimumu yeniləyib:

"Yağıntıların həcmi həqiqətən çox böyükdür, görünməmiş hadisədir. Tarixi maksimumda belə bir həcm müşahidə olunmayıb. Ümumilikdə 6 200-dən çox insan təbii fəlakətdən zərər çəkib. Təxminən eyni sayda fərdi yaşayış evi və həyətyanı sahəyə ziyan dəyib".

Region rəhbəri bildirib ki, hazırda respublikada 55 müvəqqəti yerləşdirmə məntəqəsi fəaliyyət göstərir və orada 700-dən çox insan sığınacaq tapıb. Daşqınlarla bağlı əməliyyat şəraitinin yaxşılaşmaya doğru getdiyini deyən Məlikov, infeksion xəstəliklərin qarşısının alınması üçün tədbirlərin görüldüyünü vurğulayıb.

Qeyd edək ki, martın 28-i, aprelin 4-ü və 5-də Dağıstana yağan güclü yağışlar genişmiqyaslı daşqınlara səbəb olub. Fəlakət nəticəsində yaşayış evləri, yollar və yarımstansiyalar su altında qalıb, 20-yə yaxın rayonda elektrik enerjisi kəsilib. Hadisə nəticəsində 3 nəfər həlak olub, faktla bağlı cinayət işi açılıb./publika.az

Bizə qoşulun