Medianews.az
DÇ-2026: Yamal heyran qaldığı
93 baxış

DÇ-2026: Yamal heyran qaldığı 3 futbolçunun adını çəkdi

İspaniya millisinin ulduzu Lamin Yamal hazırda davam edən 2026-cı il Dünya Çempionatında oyununu ən çox bəyəndiyi futbolçuların adlarını çəkib.

Medianews.az xəbər verir ki, gənc ulduz turnirdə xüsusilə üç oyunçunun performansını fərqləndirib: “Vinisius Juniorun bu dünya çempionatında göstərdiyi oyun çox xoşuma gəlir, əla turnir keçirir. Əlbəttə ki, Messi... Bir də İsmayıl Saybarinin (Mərakeş) oyununu çox bəyənirəm, o, sadəcə vurduğu qollarla deyil, meydandakı ümumi çıxışı ilə də əla təsir bağışlayır”.

Qeyd edək ki, Yamalın çıxış etdiyi İspaniya millisi H qrupunu lider kimi başa vuraraq pley-off mərhələsinə yüksəlib. Yamal özü isə Səudiyyə Ərəbistanının qapısına yol taparaq dünya çempionatları tarixində ilk qoluna imza atıb. İspaniya iyulun 2-də 1/16 final mərhələsində Avstriya ilə qarşılaşacaq.

Medianews.az

Bizə qoşulun