Medianews.az
Dəhşət: Avtomobildə
161 baxış

Dəhşət: Avtomobildə 4 başsız meyit, 3 kəsilmiş baş tapıldı

Meksikada polis tərk edilmiş avtomobildə dörd başsız meyit və üç kəsilmiş baş aşkarlayıb.

Medianews.az xəbər verir ki, hadisə Gerero ştatının paytaxtı Çilpansinqoda baş verib.

Avtomobil hökumət binasının yaxınlığında saxlanılmış vəziyyətdə tapılıb.

Meyitlər avtomobilin arxa oturacaqlarında və baqaj hissəsində, başlar isə sərnişin oturacağında yerləşdirilib.

Hadisənin son vaxtlar narkotik marşrutlarına nəzarət uğrunda mübarizə aparan “Syerra” və “Los Ardilyos” kartelləri arasındakı qarşıdurma ilə əlaqəli olduğu ehtimal edilir. Prokurorluq qurbanların şəxsiyyətinin və cinayətin təfərrüatlarının müəyyənləşdirilməsi üçün araşdırmalara başlayıb.

Medianews.az

Bizə qoşulun