"Mançester Yunayted" və "Atletiko" "Atalanta"nın yarımmüdafiəçisi Edersonu transfer etməkdə maraqlıdırlar.
Medianews.az xəbər verir ki, bu haqda insayder Matteo Moreto məlumat yayıb.
Mənbə bildirir ki, 26 yaşlı braziliyalı futbolçu İtaliyanı tərk etməyə hazırdır və klubu bu keçid müqabilində təxminən 50 milyon avro tələb edir. Qeyd edək ki, futbolçunun hazırkı müqaviləsinin müddəti 2027-ci il iyunun 30-na qədərdir.
2022-ci ilin iyulundan İtaliya təmsilçisində çıxış edən yarımmüdafiəçi, 2025/26 mövsümündə keçirdiyi 39 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Ederson karyerası ərzində "Kruzeyro", "Korintians", "Fortaleza" və "Salernitana" klublarında da forma geyinib.
"Transfermarkt" portalı oyunçunun transfer dəyərini 40 milyon avro həcmində qiymətləndirir.//Operativ Media