“İranın ərəb qonşularına qarşı hücumları əvvəlcədən planlaşdırılıb və İslam Respublikasının strateqləri tərəfindən hazırlanan qarşıdurma ssenarisinin bir hissəsidir”.
Medianews.az Globalinfo.az xəbər verir ki, bunu BƏƏ prezidentinin müşaviri Ənvər Qarqaş deyib.
O bildirib ki, Tehran bu məqsədlə lazımi infrastrukturu əvvəlcədən qurub və uyğun hazırlıq görüb.
“İran artıq nüvə silahı olmadan da özünü supergüc kimi aparır. Təsəvvür edin ki, əgər belə bir silaha malik olsaydı, vəziyyət necə dəyişərdi. Biz təbii ki, siyasi həll yolunu istəyirik. Lakin bu həll gələcəkdə yeni böhranlara səbəb olmamalıdır. Hər hansı siyasi qərar bütün tərəflərin maraqlarını nəzərə almalıdır. Fars körfəzi ölkələrinin istənilən planlaşdırma mərkəzində və ya əməliyyat qərargahında əsas təhlükə kimi İran görülür. Bu amil ABŞ-ın regiondakı rolunu daha da gücləndirib. Bu gün ABŞ-ın regiondakı rolu azalmayıb, əksinə daha da əhəmiyyətli olub. Bu rol təkcə hərbi mövcudluqla məhdudlaşmır. Eyni zamanda təhlükəsizlik sistemi, siyasi dəstək, eləcə də iqtisadi və maliyyə əməkdaşlığını əhatə edir”, – deyə Qarqaş vurğulayıb.