Medianews.az
Ekspertlər xəbərdarlıq edir:
79 baxış

Ekspertlər xəbərdarlıq edir: hazır “noodle” uşaqlarda təzyiq riskini artırır

Mütəxəssislər bildirir ki, geniş yayılmış hazır “noodle” məhsulları uşaqların sağlamlığı üçün təhlükə yaradır. Tərkibindəki yüksək duz və qida əlavələri damar sisteminə mənfi təsir göstərərək erkən yaşda yüksək qan təzyiqinə zəmin yaradır.

Medianews.az xəbər verir ki, mövzu ilə bağlı türkiyəli uşaq nefroloqu Nilüfer Göknar danışıb.

Həkim qeyd edir ki, bəzi uşaqlar gündə bir neçə paket “noodle” istehlak edir və bu qidanın azaldılması ilə təzyiqin aşağı düşdüyü hallar müşahidə olunur.

Mütəxəssislərə görə həddindən artıq duz qəbulu orqanizmdə suyun yığılmasına və təzyiqin artmasına səbəb olur. Böyrəklərə əlavə yük düşür. Həmçinin tərkibindəki monosodyum qlutamat (MSG) doyma hissini azaldaraq artıq qidalanmaya gətirib çıxarır.

Bu amillər piylənmə və hipertoniya riskini artırır. Qeyd olunur ki, uşaqlarda nəzarətsiz qalan yüksək təzyiq gələcəkdə ürək xəstəlikləri və insult ehtimalını yüksəldir.

Həkimlər valideynlərə paketlənmiş qidaların istifadəsini məhdudlaşdırmağı və daha sağlam qidalanmaya üstünlük verməyi tövsiyə edirlər.

Medianews.az

 

Bizə qoşulun