Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında geniş tərkibdə görüş olub.
Medianews.az xəbər verir ki, görüşdə Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Musafayev, xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmrullayev iştirak ediblər.
Ermənistan tərəfdən isə görüşə Baş nazirin müavini Mqer Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və parlament sədrinin müavini Ruben Rubinyan qatılıb.
Geniş tərkibdə görüş bitəndən sonra Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında təkbətək görüş başlanıb.
