Medianews.az
Sabahın hava proqnozu
66 baxış

Sabahın hava proqnozu AÇIQLANIB

Sabahın hava proqnozu açıqlanıb

Fevralın 5-də gözlənilən hava proqnozu açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Medianews.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 4-dən 5-nə keçən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-4 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək. Gecə və səhər saatlarında bəzi şəhərətrafı ərazilərdə yolların buz bağlayacağı ehtimal olunur.

Azərbaycanın rayonlarında gözlənilən hava

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 8-13, gündüz 0-3 dərəcə şaxta olacaq.

Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Bizə qoşulun