Əməkdar artist Rəhilə Bəndəliyeva "Öz aramızda" verilişində qonaq olarkən illər əvvəlki televiziya mühiti ilə indiki dövrü müqayisə edib.
Sənətçi efir qaydalarının əvvəl daha sərt olduğunu bildirib.
O, qeyd edib ki, nişanlı olduğu dönəmdə efirə çıxarkən barmağındakı üzüyü və qulağındakı sırğanı çıxartdırıblar:
"Nişanlı olmuşam, barmağımdan üzüyümü, qulağımdan sırğamı çıxarıblar. Ceyran xanım dedi ki, 'nişanlısı deməyəcək ki, niyə üzüyü çıxartdın?'".
Bəndəliyeva bildirib ki, o illərdə efirdə görünüş və davranışla bağlı ciddi nəzarət var idi. "Bir dəfə oxuyan anda saxladılar ki, qulağındakı sırğanı çıxart", - deyə sənətçi xatırlayıb.
Onun sözlərinə görə, AzTV-də çalışan bir əməkdaş da həmin vaxt bu məsələyə münasibət bildirib: "AzTV-də işləyən bir oğlan var idi, sonra müharibə vaxtı hərbiyə getdi. Dedi ki, İlhamə xanım olsaydı, saxlayardınız, eləcə də çəkiliş davam etdi".
Əməkdar artist əlavə edib ki, indiki dövrdə televiziya məkanında daha çox sərbəstlik var və bu tip qadağalara ehtiyac yoxdu. Onun bu fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.