Medianews.az
Overçuk Rusiya vətəndaşlarının İrandan təxliyədə köməyə görə
76 baxış

Overçuk Rusiya vətəndaşlarının İrandan təxliyədə köməyə görə Azərbaycana təşəkkür edib

Rusiya tərəfi vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Azərbaycana təşəkkür edib.

Medianews.az report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Rusiya Hökuməti Sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuk deyib.

Görüş barəsində məlumata əsasən, Rusiya tərəfi regionda mürəkkəb və gərgin şərait fonunda Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində operativ köməyə görə Azərbaycan rəhbərliyinə səmimi təşəkkürünü bildirib.

Qeyd edək ki, martın 2-i səhər saat 10:00-a olan məlumata əsasən, İrandan Azərbaycanın sərhəd keçid məntəqəsi vasitəsilə 39 Rusiya vətəndaşı təxliyə edilib.

Bizə qoşulun