Medianews.az
Azərbaycan millisi Şimali Makedoniya yığması ilə oyundan əvvəl məşqə çıxıb
59 baxış

Azərbaycan millisi Şimali Makedoniya yığması ilə oyundan əvvəl məşqə çıxıb

Azərbaycanın qadın futbolçulardan ibarət yığması sabah dünya çempionatının seçmə mərhələsində Şimali Makedoniyaya qarşı keçirəcəkləri matç öncəsi məşqə çıxıb.

"Report" xəbər verir ki "Liv Bona Dea Arena"da baş tutan məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub.

Baş məşqçi Siyasət Əsgərovun rəhbərliyi altında meydana çıxan komanda müxtəlif təmrinləri yerinə yetirib.

Komanda sabahkı matça itkilərlə çıxacaq. Belə ki, heyətin əsas futbolçularından Esra Maniya, Diana Məmmədova və Alina Dorofeyeva müxtəlif səbəblərdən komandaya qoşula bilməyiblər.

Qeyd edək ki, Azərbaycan - Şimali Makedoniya matçı sabah "Dalğa Arena"da saat 15:00-da start götürəcək.

Bizə qoşulun