Dubaya səfər etmək istəyən azərbaycanlılar mövcud gərginlik səbəbindən Pakistanda qalıblar.
Bu barədə bloger Nəzakət Heydərli məlumat yayıb.
Onun sözlərinə görə, onlar 2 gün əvvəl saat 11:45-də Bakıdan Şarjaya uçmalı olublar. Lakin təyyarə təcili olaraq Pakistanda eniş edib:
“7-8 saat Pakistan hava limanında qaldıqdan sonra bizi hotelə yerləşdirdilər. Çox çətin vəziyyətdəyik. Nə vaxt qayıdacağımız bəlli deyil”.
N.Heydərli bildirib ki, Air Arabia aviaşirkətinin nümayəndəsi ilə əlaqə saxlamaqda çətinlik çəkiblər:
“Nəhayət, zəngimizi açan oldu. Əvvəl zənglərimizi cavablandırmırdılar, əlaqə saxlaya bilmirdik. Otel çox natəmizdir, nə yemək yeyə bilirik, nə də qalmaq mümkündür. Heç birimiz burada qalmaq istəmirik. Deyirlər ki, bizi Bakıya qaytara bilməzlər, yalnız Şarjaya gedə bilərik. Üstəlik bildirirlər ki, əgər kimsə qayıtmaq istəsə, buradan viza almalı, İslamabada getməli, daha sonra isə Bakıya uçmalıdır və bütün xərcləri özü qarşılamalıdır”./Bakupost.az /