“Çelsi”də əsas oyunçulardan biri olan Enzo Fernandes, son PSJ məğlubiyyətindən sonra klubdan ayrılmağa qərar verib.
Medianews.az xəbər verir ki, futbolçunun yayda Real Madrida keçəcəyi gözlənilir.
25 yaşlı Enzo Fernandes “Çelsi”də keçən mövsüm 46 oyuna çıxaraq 8 qol vurub və 14 məhsuldar ötürmə edib. Xüsusilə Moyzes Kaysedo ilə qurduğu tərəfdaşlıq onu Avropanın ən böyük klublarının çoxunun arzuladığı mərkəz yarımmüdafiəçisi edir.
İtalyan məşqçi Mareskanın istefası Fernandes üçün ağır zərbə olub. PSG-yə qarşı ağır məğlubiyyət, klubun Avropada favorit olmasının hələ bir neçə il çəkəcəyini göstərib. Bu da Fernandesin yayda Stamford Bric dən ayrılma ehtimalını artırır.
“Real Madrid” klubu uzun müddətdir Enzo Fernandeslə maraqlanır. Klub futbolçunu Toni Krosun varisi kimi görür və orta sahəda Tçuameniylə yaxşı uyğunluq yaradacağı düşünülür. Enzo bəzən on nömrədə oynasa da, ən çox oyun quruculuğu rollarında parlayır. Buna görə də onun Tçuameniylə ilə əla tərəfdaşlıq qura biləcəyi düşünülür. Digər yarımmüdafiə mövqeyi isə Fede Valverde və ya Arda Gülər arasında paylaşıla bilər.
Medianews.az