Medianews.az
Ərdəbil dəmir yolu Azərbaycana birləşdiriləcək -
43 baxış

Ərdəbil dəmir yolu Azərbaycana birləşdiriləcək - Bazvənd

Ərdəbil dəmir yolunun Muğan, daha sonra isə Azərbaycan Respublikası və Orta Asiya ilə birləşdirilməsi strateji məqsədlərdən biridir.

Medianews.az İran mətbuatına istinadla xəbər verir ki, bunu İranın yol və şəhərsalma nazirinin müavini və İnkişaf və İnfrastruktur Şirkətinin rəhbəri Huşəng Bazvənd Miyane–Ərdəbil dəmir yolu xətti üzrə sərnişin qatarı ilə sınaq səfəri zamanı deyib.

"Bu marşrut Qafqaz və Rusiya ilə mübadilənin genişlənməsinə səbəb ola bilər", - o fikrinə əlavə edib.

Bizə qoşulun